Deputat: "İƏT-in Təmiz Enerji Mərkəzi Azərbaycanın bu sahədə strateji prioritetləri üçün mühüm platforma olacaq"
Far.Az xəbər saytı

Deputat: "İƏT-in Təmiz Enerji Mərkəzi Azərbaycanın bu sahədə strateji prioritetləri üçün mühüm platforma olacaq"


Azərbaycan təmiz enerji həllərinin təşviqini, dayanıqlı enerji layihələrinin həyata keçirilməsini və iqlim dəyişikliyi ilə mübarizəni strateji prioritetlərindən biri kimi qəbul edib.

“Far.Az” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, Bakıda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması bu sahədə mühüm platforma rolunu oynayacaq: "Bu mərkəz İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNIDO) birgə təşəbbüsü ilə təsis edilib və UNIDO-nun regional dayanıqlı enerji mərkəzlərinin qlobal şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərəcək".

S. Qurbanov qeyd edib ki, mərkəzin əsas məqsədləri arasında müasir, sərfəli və dayanıqlı enerji xidmətlərinə çıxışın artırılması, bərpa olunan enerji həllərinin təşviqi və üzv dövlətlər arasında enerji sektorunda əməkdaşlığın gücləndirilməsi xüsusi yer tutur.

Qeyd edək ki, İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər