Rəşad Mahmudov: Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir
Bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib.
Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olub:
"Hazırda saxta və standartlara cavab verməyən tibb müəssisələrinin çoxaldığını müşahidə edirik. Təbii ki, ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələri var. Ancaq yoxlamaların dayandırılmasından sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin addımları ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumlar yaranmasına səbəb olur".
Deputat bildirib ki, tibb müəssisələrinin yoxlamaların dayandırılmasından sui-istifadə etməsi hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, müəyyən qaydaların qəbuluna və qanunlarda dəyişiklik olunmasına ehtiyac var.
Oxşar xəbərlər
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb - YENİLƏNİB-2
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi məlum olub - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib













