Azərbaycan ötən il Gürcüstanın turizm gəlirlərində 4 % paya malik olub
Far.Az xəbər saytı

Azərbaycan ötən il Gürcüstanın turizm gəlirlərində 4 % paya malik olub


2024-cü ildə Gürcüstanın turizm gəlirləri 4,4 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü müqayisədə 0,3 milyard ABŞ dolları və yaxud təxminən 7 % çoxdur.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, ötənilki gəlirlərin 186,5 milyon ABŞ dolları və yaxud 3,8 %-i Azərbaycandan gələn turistlərin hesabına formalaşıb. Bu sahədə liderlik isə 850,1 milyon ABŞ dolları ilə Rusiyaya məxsus olub. İl ərzində Gürcüstanın turizm sektoruna Türkiyə 612,3 milyon ABŞ dolları, Avropa İttifaqı ölkələri 571,1 milyon ABŞ dolları, İsrail 436,5 milyon ABŞ dolları, Ermənistan 157,4 milyon ABŞ dolları, İran 151 milyon ABŞ dolları, Ukrayna 149 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı 122,1 milyon ABŞ dolları, Belarus isə 96,3 milyon ABŞ dolları gəlir qazandırıb.

Bununla belə, əvvəlki ilə nisbətən qonşu ölkələrin (Azərbaycan, Rusiya və Ermənistan) hesabına turizm gəlirləri azalıb, əvəzində Yaxın Şərq ölkələrinin hesabına isə artıb. "Galt & Taggart" investisiya bankının məlumatına görə, Rusiyadan olan turistlərin Gürcüstandakı xərcləmələri 2 % azaldığı halda, təkcə İsraildən gələn turistlərin xərcləmələri təxminən 42% artıb. İran üzrə artım 18 %, Səudiyyə Ərəbistan üzrə artım isə 21 %-dən çox olub. Çin və Hindistan üzrə turizm gəlirlərində də artım qeydə alınıb.

"Galt & Taggart" hesab edir ki, 2025-ci ildə Gürcüstan turizmdən 4,5 milyard ABŞ dolları gəlir əldə edəcək.

Ruslan Həsənov

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər