Olimpiya çempionu komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb
Fransanın reqbi üzrə “Biarrits Olimpik” komandasının oyunçusu, 2016-cı ildə Fici yığmasının heyətində olimpiya çempionu olmuş Masivesi Dakuvaka komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb.
“Far.Az” “Fiji Village”ə istinadən xəbər verir ki, hadisə əyləncə zamanı baş verib.
Şahidlərin sözlərinə görə, Fici millisinin üzvü ilə digər komanda yoldaşı arasında pul üstündə mübahisə yaranıb. Zərərçəkən isə münaqişəyə müdaxilə etməyə çalışarkən xəsarət alıb və onun yanağına 20 tikiş qoyulub.
Dakuvaka əməlini etiraf edib, lakin hadisələri xatırlamadığı üçün hərəkətinin səbəbini izah edə bilməyib. Baş verənlərə görə klubundan kənarlaşdırılan 30 yaşlı oyunçunun mayda məhkəmə qarşısına çıxacağı bildirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Silk Way AFEZCO və FF Construction Silk Way Cargo Village-in birgə inşası üçün razılaşma imzalayıb
Zərərçəkənlər pul, ev tələb edirlər - Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrançılıq düşüncəsinin paradoksları
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir













