Ərdoğan: Almaniya ilə bir sıra məsələlərdə əməkdaşlığı davam etdirəcəyik
Türkiyə Suriyadakı hadisələr, Qəzzada son vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi məsələlər kontekstində Almaniya ilə əməkdaşlığı davam etdirəcək.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşündən sonra “X”dəki hesabında yazıb.
“Almaniya Federativ Respublikasının Prezidenti cənab Frank-Valter Ştaynmayeri ötən ilin aprelində ölkəmizə səfərindən sonra yenidən salamlamaqdan məmnun oldum. Son yüksək reallaşan səviyyəli səfərlər iki ölkə arasında sıx dialoqun ən bariz təzahürüdür. Güclü siyasi, iqtisadi, insani və mədəni əlaqələrimiz bizə münasibətlərimizi daha da inkişaf etdirmək imkanı verir”, - Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti bildirib ki, iki ölkə ticarət dövriyyəsinin həcmini artırmağa və qarşılıqlı sərmayələrin təşviqinə davam edir:
“Terrorla mübarizə, qanunsuz miqrasiya, viza məsələsi, müdafiə sənayesi və Almaniyadakı türk icması ilə bağlı məsələlər də gündəmimizdə idi. Türk toplumunun təhlükəsizliyi və rifahı Almaniya ilə gündəmimizdə əsas yer tutur. Almaniyanın Avropa İttifaqında hakim mövqeyi fonunda Türkiyə-Aİ münasibətləri də müzakirələrimizdə yer aldı. Başda Gömrük İttifaqı və vizanın liberallaşdırılması başda olmaqla atılması lazım olan addımlara diqqət yetirdik.
Bugünkü məsləhətləşmələrimiz həm də qonşu coğrafiyalarımızda sülh və sabitlik istiqamətində birgə səylərimiz baxımından əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb













