Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb - YENİLƏNİB
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
"Far.Az" xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan müdafiəçi və vəkillə təmin olunub.
Bu gün müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi davam etdiriləcək.
“Far.Az” xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının nəticəvi hissəsini elan edəcəyi gözlənilir.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Oxşar xəbərlər
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin növbəti məhkəməsi keçiriləcək
Bu gün Ruben Vardanyanın məhkəməsi davam etdiriləcək
Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi icraata verilib
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb













