Azərbaycan millisinin futbolçusu: "Həm Albaniyadan, həm də bəzi başqa ölkələrdən təkliflər var idi"
Qış transfer dönəmində həm Albaniyadan, həm də bəzi başqa ölkələrdən təkliflər var idi.
Bunu "Report"a açıqlamasında Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev deyib.
23 yaşlı müdafiəçi icarə əsasında başqa komandaya keçmək ehtimalının olduğunu, lakin bunun gerçəkləşmədiyini bildirib:
"Hətta yaxşı çempionatda çıxış edən səviyyəli bir klubla da anlaşmışdıq. Sadəcə, transferin son günü olduğu üçün sənədlər yetişmədi. Hələlik karyerama burada davam edəcəyəm".
Z.Əliyev son vaxtlar ilk "11-lik"də meydana çıxmaması və az forma şansı əldə etməsi barədə danışıb:
"Baş məşqçimiz tez-tez taktiki dəyişikliklər edir. Bu səbəbdən elə oyunlar olur ki, şans qazana bilmirəm. Onun qərarına hörmətlə yanaşıram. Öz üzərimdə daha çox işləyirəm və heyətdə yerimi möhkəmləndirməyə çalışıram".
Qeyd edək ki, Zamiq Əliyev 2024-cü ilin yayında "Eqnatiya"ya keçib. O, komanda ilə Albaniya Superkubokunun qalibi olub.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













