Bakıda Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri müavinlərinin görüşü olacaq
Far.Az xəbər saytı

Bakıda Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri müavinlərinin görüşü olacaq


Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət Katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşü olacaq.

Bu barədə məlumatı “Far.Az”un Ankara bürosuna hazırda Bakıya səfər edən Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel verib.

Səfir deyib ki, görüşlə əlaqədar Marko Ştuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfirin sözlərinə görə, 9-11 fevral tarixlərini əhatə edən səfər proqramı çərçivəsində Marko Ştuçin Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşərək ikitərəfli siyasi məsləhətləşmələr aparacaq, iqtisadi əlaqələrin dərinləşdirilməsini və regional məsələləri müzakirə edəcəklər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Banqladeş səfiri: Beynəlxalq platformalarda Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər