Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda ikinci qolunu vurub - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda ikinci qolunu vurub - YENİLƏNİB


Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda ikinci qolunu vurub.

"Report" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hesabı açıblar.

49-cu dəqiqədə yığma üzvü fərqi iki topa çatdıraraq dubl müəllifi olub. Hazırda davam edən matçda "Çorum" 2:0 hesabı ilə öndədir.

18:27

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda qol vurub.

"Report" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hazırda davam edən oyunda hesabda 1:0 öndədirlər.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər