Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb


Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalınıın keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.

Onun sözlərinə görə, ekosistem 161 startapdan ibarətdir: "Son bir ildə Azərbaycanın startap ekosistemi 7 %-dən çox böyüyüb, bununla belə, dünya sıralamasında 81-ci yerdədir. Bu, onu göstərir ki, biz daha sürətlə inkişaf etmək potensialına malikik".

V.Qasımlı əlavə edib ki, dünyada startap ekosistemi indiyə qədər görünməmiş sürətlə artır: "Təkcə 2026-cı ilin I yarısında qlobal miqyasda startap ekosisteminin cəlb elədiyi maliyyə vəsatin 500 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin bütün göstəricisini üstələyir. Ötən il bu rəqəm 400 milyard ABŞ dollarını keçmişdi. Eyni zamanda 2025-ci ildə qlobal miqyasda 2024-cü ilə nisbətən 17 % artım olub və bu tendensiya eyni sürətlə davam etməlidir".

Oxşar xəbərlər

Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Enterprise Azerbaijan" portalının "Startup School 4" proqramına seçilən layihələr açıqlanıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər