"Səbail"in baş məşqçisi: "65 dəqiqə yaxşı oyun nümayiş etdirdik"
Far.Az xəbər saytı

"Səbail"in baş məşqçisi: "65 dəqiqə yaxşı oyun nümayiş etdirdik"


65 dəqiqə yaxşı oyun nümayiş etdirdik.

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Qarabağ"a qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, böyük hesabla məğlub olduqları görüş barədə danışıb:

"Qarabağ"la ardıcıl iki dəfə qarşılaşdıq. 3 gündən sonra bu komanda ilə qarşılaşmaq bizim üçün çətin oldu. Təxminən 65 dəqiqə yaxşı oyun nümayiş etdirdik. Heyətimiz olduqca kasaddır. Dünən baş tutan məşqdə 15 futbolçu iştirak edib. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik".

Qeyd edək ki, XVII turun görüşündə "Səbail" səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər