İrakli Kobaxidze: Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası məsələsi Prezident İlham Əliyevlə müzakirə edilib
Far.Az xəbər saytı

İrakli Kobaxidze: Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası məsələsi Prezident İlham Əliyevlə müzakirə edilib


Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.

“Far.Az”un Gürcüstan bürosunun məlumatına görə, bunu Dubayda jurnalistlərlə söhbətində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır:

“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.

Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.

“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər