Suvon Meli: "Bu mübarizədə sağ qalmaq üçün türk dünyası bir araya gəlməlidir"
Far.Az xəbər saytı

Suvon Meli: "Bu mübarizədə sağ qalmaq üçün türk dünyası bir araya gəlməlidir"


"Bütün türk dünyası çox mühüm bir tarixi qeyd edir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın yüzilliyi 2026-cı ildə qeyd olunacaq. Bu, türk dünyasının tarixində və həyatında əlamətdar hadisə idi".

Bunu özbəkistanlı filologiya elmləri doktoru, professor Suvon Meli deyib.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayda qaldırılan məsələlər, təxminən 10 gün davam edən müzakirələr göstərir ki, o dövrdə türk dünyasını birləşdirmək imkanı olub: "Lakin tarixin gedişatı elə yerə gəlib çatıb ki, ozamankı yeni güclər, yəni Sovet İttifaqı qurultay iştirakçılarını bir-bir fiziki məhv edib. Eyni zamanda bu ilk qurultayda qaldırılan məsələlər tamamilə unudulmağa məhkum olub".

Suvon Meli bildirib ki, indi 1926-cı ildə Bakıda qaldırılan əsas məsələlər daha aydın görünür: "Bu, əla fürsətdir. Türk dünyası da sözügedən fürsətdən mütləq yararlanmalı, birləşməlidir. Bu günlərdə türk dövlətləri arasında vahid əlifbanın hazırlanması və tətbiqi gündəmdədir. Çünki o vaxt vahid əlifba olsaydı, türk dünyası bir-birini asanlıqla başa düşə bilərdi. İndiki kimi yad dillərdə danışmazdıq".

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“1926-cı il Türkoloji qurultay” filmi tamaşaçılara təqdim olunacaq
Mənsum İbrahimov bu universitetin "Fəxri Professor"u seçildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər