Türkiyəli deputat: COP Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək
Far.Az xəbər saytı

Türkiyəli deputat: COP Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək


Hazırda bütün ölkələr üçün vacib olan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) Azərbaycanın dünyada nüfuzunu daha da gücləndirəcək.

Bunu “Far.Az”un Ankara bürosuna açıqlamasında deputat Doğan Bekin deyib.

O bildirib ki, Azərbaycan gündən-günə geostrateji baxımdan çox önəmli bir yer tutaraq dünyada yüksək söz sahibinə çevrilməkdədir:

“Bir neçə ay öncə Bakıda keçirilən Türk dövlətlərinin İqtisadi Forumuna qatılmışdım. Tədbirdə xeyli sayda iştirakçı vardı. Təbii ki, Qarabağ torpaqlarının təkrar Azərbaycana qaytarılması üçün aparılan ədalətli mübarizə və əldə olunan qələbədən sonra bölgədə Azərbaycanın gücü daha çox hiss edilməyə başladı. Azərbaycan bu günə qədər çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Hazırda isə nüfuzunun bu qədər gücləndiyi bir zamanda COP29 kimi tədbiri də öz üzərinə götürməsi ölkənin dünyadakı yerini daha da yüksək səviyyədə bərqərar edir”.

D.Bekin Azərbaycanın COP29 kimi ekoloji baxımdan beynəlxalq dərəcədə əhəmiyyətli olan bir tədbirin də öhdəsindən uğurla gələcəyinə inandığını qeyd edib.

Oxşar xəbərlər

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər