“Sumqayıt”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
“Kapital Bank Arena”da “Sumqayıt”ın U-15 qızlar, həmçinin U-15, U-16, U-17 və U-19 oğlan komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.
"Far.Az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.
Oxşar xəbərlər
“Qarabağ”ın komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
“Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
Azərbaycan millisinin üzvləri danışılmış oyunlarla bağlı seminarda iştirak ediblər
“Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
“Cəbrayıl”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













