Xankəndidə beynəlxalq idman yarışı keçiriləcək
Ölkəmizdə bu idman növü üzrə yaxşı potensial mövcuddur".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.
O bu idman növü üzrə bu gün start götürən ölkə birinciliyi və çempionatına münasibət bildirib:
"Bu gün bizdə yetəri qədər gənclər kamandan oxatmaya maraq göstərirlər. Çempionatda iki paralimpiyaçımız da böyüklər arasında mübarizə aparacaq. İnanıram ki, yarış gərgin mübarizə şəraitində keçəcək və idmançılarımız özlərini yaxşı tərəfdən göstərəcəklər".
Quliyev federasiyasının gələcək planlarını da açıqlayıb:
"Əsas məqsəd bu idman növünü yaşatmaq, inkişaf etdirmək, əlçatanlılığını təmin etməkdir. İdmançıların yaxşı nəticələr göstərməsi üçün şərait yaratmaq bizə çox vacibdir.
Bu gün kamandan oxatmada təşkilatlanma baxımından vəziyyət bəlkə də çox yaxşı səviyyədə deyil. Amma çalışacağıq ki, yaxın müddətdə klubların sayı artsın. Yeni klublar yaradılsın.
Bu gün əsas təşkilatlanma Bakıda var. Lakin gələcəkdə regionlarda da müvafiq infrastrukturun yaradılmasını nəzərdə tuturuq.
Gələn il MDB ölkələri arasında çempionatı ölkəmizdə keçirəcəyik. Artıq proqrama daxil edilib ki, bu yarış Xankəndi şəhərində baş tutacaq. Azad olunmuş Qarabağımızda bu idman növünün olması simvolikdir".
Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatı avqustun 25-dək davam edəcək.
Far.AzOxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













