Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
Bakıda təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF), həmçinin Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, yarışa qatılan ölklərin nümayəndələri, idmançılar və azarkeşlər iştirak edib.
Əvvəlcə yarışda iştirak edən bütün ölkələrin bayraqları nümayiş olunub.
Daha sonra Azərbaycan cüdoçularının beynəlxalq turnirlərdə uğurlu çıxışları haqqında videorolik təqdim edilib.
Ardınca Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxış edib. O, ötən il Paris Olimpiadasında uğur qazanan cüdoçuların çıxışlarına diqqət çəkib. Bu yarışın Azərbaycan idmanına verəcəyi faydalardan danışıb və cüdoçulara uğurlar arzulayıb.
Ardınca Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib. O da "Böyük Dəbilqə"də iştirak edən idmançılara uğurlar arzulayıb. Azərbaycanda keçirilən yarışla bağlı müsbət fikirlər səsləndirib və turniri açıq elan edib.
Sonda həm Azərbaycanın, həm də Beynəlxalq Cüdo Federasiyasının himni çalınıb və ikinci günün final görüşlərinə start verilib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













