Balkan çempionu olan Azərbaycan atleti: “Yarışda məndən yaxşı nəticələr qazanmış güclü rəqiblər var idi"
Yarışda məndən yaxşı nəticələr qazanmış güclü rəqiblər var idi.
Bunu “Report”a açıqlamasında Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanması ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O, çempionatda layiqli mübarizə getdiyini vurğulayıb:
“Balkan çempionatında 9 Avropa ölkəsi təmsil olunurdu. Üçtəkanla tullanma üzrə 12 idmançı mübarizə aparırdı. Yarışda məndən yaxşı nəticələr qazanmış güclü rəqiblər də var idi. Layiqli mübarizə getdi və finala 8 idmançı yüksəldi. Qələbə qazanmaq üçün əlimdən gələni etdim və 16.30 metr göstərici ilə birinci oldum. Qalib gəldiyim üçün çox şadam".
İdmançı qatılacağı növbəti yarışlar haqqında da məlumat verib:
“4 gündən sonra Azərbaycanda A.Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq Memorial keçiriləcək və orada iştirak edəcəm. Bir neçə həftədən sonra isə qapalı məkanda Avropa çempionatı olmalıdır. Hazırlaşıb bu yarışda yaxşı nəticə göstərməyə çalışacağam”.
Qeyd edək ki, R.Məmmədov Balkan çempionatında 16.30 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib
Azərbaycan atleti Serbiyada qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













