Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən "Rəqəmsal Media Ayı" çərçivəsində tədbirlərə başlanılıb.
Şuradan "Far.Az"a bildirilib ki, təşəbbüsün əsas məqsədi cəmiyyətdə media savadlılığının artırılması, müasir informasiya mühitinə dair bilik və bacarıqların təkmilləşdirilməsi, etibarlı məzmun yaradılmasının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişafına dəstək göstərilməsidir. "Rəqəmsal Media Ayı" yeni texnologiyaların yaratdığı imkanlar barədə məlumatlılığın artırılmasına, bu imkanlardan səmərəli istifadəyə və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə də xidmət edir.
Təşəbbüs çərçivəsində təşkil olunan təlim proqramının ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması mövzularına həsr olunub.
Rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov "Rəqəmsal media trendləri və platforma alqoritmləri" mövzusunda çıxış edərək rəqəmsal platformaların fəaliyyət prinsipləri, alqoritmlərin məzmunun yayılmasına təsiri və müasir informasiya mühitində formalaşan yeni tendensiyalar barədə məlumat verib.
Kontent yaradıcısı Pərviz Sadıqov isə "Şəxsi brend və auditoriya ilə qarşılıqlı əlaqə: rəqəmsal kontent strategiyaları" mövzusunda təqdimatla çıxış edib. O, şəxsi brendin inkişaf etdirilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media üçün effektiv məzmun strategiyalarının hazırlanması və auditoriya ilə davamlı kommunikasiyanın qurulması məsələlərindən bəhs edib.
Təlim proqramı mövzular ətrafında müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.
Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.
Oxşar xəbərlər
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib













