Kommunikasiya Qrupunun üzvü: COP29 zamanı media faktlara əsaslanan düzgün məlumatlar yaymalıdır
Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı yarana biləcək böhran vəziyyətlərində media tərəfindən faktlara əsaslanan düzgün məlumatlar yayılmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommunikasiya Qrupunun üzvü Cəmalə Əliyeva yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında çıxışı zamanı deyib. C.Əliyeva "Böhran vəziyyətlərinin kommunikasiyasında medianın rolu" mövzusuna uyğun təqdimat nümayiş etdirib, jurnalistləri baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin effektiv kommunikasiyası və bu vəziyyətlərdə medianın rolu, onların necə fəaliyyət aparması, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlumatlandırıb:
"Medianın COP-29 kimi əhəmiyyətli tədbiri işıqlandıram zaman xüsusi diqqət etməli olduğu məqamlar böhran vəziyyətlərinin tənzimlənməsidir. Belə ki, bu prosesdə media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının dezinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər".
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
COP29 ərəfəsində media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar təşkil edilib
COP29 ərəfəsində media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar təşkil edilib - FOTO
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Qazaxıstan və Türkiyə readmissiya sazişi imzalayıblar













