Səfir Moskvada təhsil alan azərbaycanlı kursantlarla görüşüb
Far.Az xəbər saytı

Səfir Moskvada təhsil alan azərbaycanlı kursantlarla görüşüb


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetində təhsil alan azərbaycanlı kursantlarla görüşüb.

“Far.Az” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.

“Bu gün səfirliyimizdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetində təhsil alan azərbaycanlı kursantlar qrupunu qəbul etdik”, – Moskvadakı diplomatik missiyanın başçısı qeyd edib.

Onun sözlərinə görə, görüşdə kursantlara “Azərbaycan – Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycanın xarici siyasəti” haqqında məlumat verilib.

“Görüş 1-ci kurs kursantı Əli Məmmədovun Bethovenin “Patetik Sonata” əsərinin gözəl ifası ilə başa çatdı”, – səfir yazıb.

Oxşar xəbərlər

UNEC-in 53 məzunu Dövlət Proqramının qalibi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Cənubi Qafqazdakı avropalı casuslar təşvişə düşüb: Qərb Ermənistandakı missiyanın müddətini uzadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər