"Azeri Light" neftinin qiyməti yüksəldi
Far.Az xəbər saytı

"Azeri Light" neftinin qiyməti yüksəldi


Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yenidən artıb. Son hərrac nəticələrinə əsasən, neftin 1 bareli 0,85 dollar və ya 1,3 % bahalaşaraq 66,28 dollara yüksəlib.

Bu barədə məlumatı neft bazarındakı mənbə BAKU.WS-ə açıqlayıb.

Qlobal bazarda "Brent" markalı neftin yanvar fyuçersləri də bahalaşma ilə yadda qalıb və 62,2 dollar səviyyəsində qeydə alınıb.

Türkiyənin Ceyhan limanında isə FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin qiyməti 0,84 dollar və ya 1,33 % artaraq 63,22 dollara çatıb.

Qeyd edək ki, Azərbaycanın cari dövlət büdcəsində bir barel neft üçün orta qiymət 70 dollar olaraq götürülüb.

Tarixi göstəricilərə nəzər salsaq, "Azeri Light" neftinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Azərbaycanın neftinin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir və SOCAR bu müqavilədə 31,65 % paya sahibdir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər