FHN-ə işə düzəltmək adı ilə 15 min manat aldı - MƏHKƏMƏ
Far.Az xəbər saytı

FHN-ə işə düzəltmək adı ilə 15 min manat aldı - MƏHKƏMƏ


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hacıəli Əkbərovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Hacıəli Əkbərov tanışı, zərərçəkmiş A.Hüseynovaya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, 15000 manat pul müqabilində onun qohumunu Fövqəladə Hallar Nazirliyində (FHN) işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs 2024-cü ildə ayrı-ayrı vaxtlarda bu yolla qadından ümumilikdə 15000 manat pulu alaraq dələduzluq edib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, ona verilmiş cəzanın şərti cəza növü ilə əvəz edilməsini xahiş edib. Apellyasiya baxışı zamanı Hacıəli Əkbərov apellyasiya şikayətinə əlavə təqdim edərək, Nəsimi Rayon Məhkəməsinin hökmünün ləğv olunmasını, ona təyin edilən cəzanın azaldılmasına və cəza çəkmə rejiminin ümumi rejimli cəzaçəkmə müəssisəsi ilə əvəz olunmasını xahiş etmişdi.

Qeyd: Hacıəli Əkbərov 2010-cu ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dostlarına zəng edib davaya çağırdı: Həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər