İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
İsrail Knesseti parlamentin 22 üzvdən ibarət İş Komitəsinin yaradılmasını təsdiqləyib.
"Report"un "The Times of Israel" qəzetinə istinadən məlumatına görə, qərar 63 səslə qəbul edilib.
Komitəyə onun tərkibini təklif edən "Yaşar" Partiyasından deputat Roy Folkman sədrlik edəcək.
Təsdiqlənmiş plana əsasən, doqquz yer "Yaşar"ın lideri Qadi Eisenkotun rəhbərlik etdiyi bloka, doqquz yer Baş nazir Binyamin Netanyahunu dəstəkləyən bloka və dörd yer ərəb partiyaları – "Vahid siyahı" və RAMM-a veriləcək.
Folkmanın təklifində fraksiyaların hər beş yer üçün bir yer alacağı nəzərdə tutulur. "Likud" beş deputatla, "Yaşar" dörd, "Bayahad", "Vahid siyahı", "Demokratlar" və RAAM-ın hər biri iki yerlə təmsil olunacaq. Digər beş partiyanın hər biri bir yer alacaq.
Komitə daimi parlament komitələrinin formalaşdırılmasında mühüm rol oynayır: onların tərkibini müəyyən edir və həmçinin maliyyə, xarici işlər və müdafiə üzrə müvəqqəti komitələr yarada bilər. Knessetin İşləri Komitəsi seçilənə qədər o, təşkilati və prosedur məsələləri ilə də məşğul olur.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













