COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib
Azərbaycanın COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib.
Far.Az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi ilə Münaqişələrdən və humanitar ehtiyacdan əziyyət çəkən iqlim dəyişmələrinə həssas ölkələr Şəbəkəsinin Strateji İclası keçirilib.
İclasda iqlim dəyişmələrinə həssas ölkələrin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələri iştirak edib. Tədbirin əsas məqsədi ötən il COP29-da Azərbaycan sədrliyinin təşəbbüsü ilə qəbul edilmiş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışının həyata keçirilməsi üçün iqlim maliyyəsinin səfərbər edilməsi, dayanıqlılığın gücləndirilməsi sahəsində praktiki həllərin inkişaf etdirilməsidir.
İki gün davam edəcək strateji müzakirələrin açılış tədbirində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək, ötən il COP29 sədrliyimizin təşəbbüsü ilə qəbul edilmiş Bakı Çağırışı, həmçinin praktiki icra mexanizmi kimi təsis edilmiş İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin iqlim böhranı və münaqişələrdən əziyyət çəkən ölkələrə dəstəyin göstərilməsi üçün vacib əməli addımlar olduğunu qeyd edib. Həssas ölkələrə yardımın artırılması üçün beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra həssas ölkələrdə pilot layihələrin həyata keçirilməsinə nail olmağı hədəflədiyi diqqətə çatdırılıb.
Stratei iclasın açılışında, həmçinin Birləşmiş Ərəb Əmirliyinin xarici işlər nazirinin müavini Abdulla Balaaa, Ənvər Qarqaş Diplomatik Akademiyasının Baş direktoru Nikolay Mladenov, İtaliya Hökumətinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi elçisi Françesko Korvaro, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare çıxış edib. Natiqlər Azərbaycanın iqlim diplomatiyasının mərkəzində həssas ölkələrə yardımın artırılması kimi hədəfin durmasını təqdir edib, ölkəmizin ev sahibliyində fəaliyyət göstərəcək Bakı İqlim və Sülh Mərkəzinin sülh və iqlim sahəsinədə iri miqyaslı beynəlxalq təşəbbüslərin əlaqələndirici platforması rolunu oynamasını, ölkəmizin qazandığı etibarının bariz nümünəsi kimi qiymətləndirib.
Bu gün də davam edəcək iclasda Həssas ölkələr Şəbəkəsinin bəyanatının və onun fəaliyyəti üzrə Yol Xəritəsinin qəbul edilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













