Türkiyədə tanınmış simalar SAXLANILDI
Far.Az xəbər saytı

Türkiyədə tanınmış simalar SAXLANILDI


Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində tanınmış simalar Özcan Dəniz və Deniz Çakır da daxil olmaqla, ümumilikdə 35 nəfər saxlanılıb.

Far.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən istintaq tədbirləri narkotik vasitələrlə bağlı bir sıra qanun pozuntularını əhatə edir.

Prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq İdarəsi tərəfindən genişmiqyaslı araşdırma aparılır.

İstintaq çərçivəsində fahişəliyin təşkili, narkotik vasitələrin satışı və təmin edilməsi, eləcə də qanunsuz maddələrin istifadəsi və saxlanılması ilə bağlı faktlar araşdırılır.

Şübhəli şəxslərin və şahidlərin ifadələri, habelə müsadirə edilmiş mobil telefonların və digər rəqəmsal materialların ekspertizası nəticəsində yeni məlumatlar əldə olunub. Toplanmış dəlillər əsasında bir sıra şəxslərin narkotik vasitələrdən istifadə etməsi və ya onları saxlaması ilə bağlı şübhələr yaranıb.

Prokurorluğun qərarı ilə müəyyən edilən 35 şübhəli saxlanılıb. Onların arasında aktyor və müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Deniz Çakır da var.

Qeyd edək ki, saxlanılan şəxslərin təqsiri məhkəmə tərəfindən təsdiqlənməyib.

Oxşar xəbərlər

Deniz Çakır 45 yaşında vəfat edən qrup yoldaşı ilə fotolarını paylaşdı
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Bu ilin beş ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb
Bakıda konsert verən Özcan Deniz: "Tamaşaçıların sevgisi məni dərindən təsirləndirdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər