Torpağın qiymətləndirməsi bələdiyyələrdən alınır - Üstünlükləri nədir? - VİDEO
Far.Az xəbər saytı

Torpağın qiymətləndirməsi bələdiyyələrdən alınır - Üstünlükləri nədir? - VİDEO


Bələdiyyələrin artıq torpaq qiymətləndirmə səlahiyyəti olmayacaq.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, torpaqların qiymətləndirilməsi və satışı ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Bununla bağlı Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq bir sıra qanunlarda dəyişikliklər təklif edilib.

Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunda təklif edilən dəyişiklik bələdiyyələr tərəfindən hərraca çıxarılan torpaqların satışında şəffaflığı təmin etməkdir. Buna əsasən bələdiyyələr torpağın satışını yalnız qiymətləndiricilərin təyin etdiyi qiymət əsasında satışa çıxara biləcəklər.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu proses torpaq sahələrinin qiymətində hər hansı dəyişikliyə səbəb olmayacaq. Lakin qiymətləndirici şirkətin ödənişini sifarişçi, yəni torpağı alan şəxs edəcək.

Qeyd edək ki, Layihəyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla müəyyən ediləcək.

Ətraflı videomaterialda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər