Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti uğur qazanılıb
Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti mühüm uğur qazanılıb.
Qərbi Azərbaycan İcmasından (QAİ) verilən məlumata görə, Asiya Parlament Assambleyasının (APA) fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və QAİ-nin qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə edilib.
Özündə 44 dövlətin parlamentini birləşdirən APA-nın Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul olunmasının növbəti mötəbər təsdiqidir.
QAİ yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Milli Məclis və APA-nın üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Səbinə Salmanova: Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi bir zərurətdir - MÜSAHİBƏ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq













