DVX istehlak xərcləri hesabına dolayı vergilərin payının artırılmasını hədəfləyir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) gələcəkdə büdcənin vergi gəlirlərinin formalaşmasında istehlak xərcləri hesabına dolayı vergilərin payının artırılmasına üstünlük verəcək.
"Report" xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə vergi siyasətinin əsas istiqamətləri istehlak xərclərinin şəffaflaşdırılması və dolayı vergilərin payının artırılması olacaq. Bununla yanaşı, biznesin korporativ yükünün azaldılması imkanları da diqqət mərkəzində saxlanılacaq:
"Bu yanaşma vergi ödəyicilərinə mənfəətlərini daha sərbəst şəkildə reinvestisiya etmək, yeni iş yerləri yaratmaq və əmək haqlarını artırmaq üçün maliyyə imkanları verə bilər. Həmçinin ölkənin iqtisadi hədəflərinə uyğun olaraq real sektorun təşviqi məsələləri də nəzərdən keçiriləcək".
N.İmanov qeyd edib ki, vergi siyasətinin fiskal alətləri gəlir yaradan məşğulluğun, ixracın və müəssisələrin əlavə investisiya imkanlarının genişlənməsini dəstəkləyəcək:
"Bu yanaşma ölkənin inkişafında ixracatın və investisiyanın payının artırılmasına, eləcə də yüksək sosial rifaha malik vətəndaş cəmiyyətinin formalaşmasına töhfə verəcək".
DVX rəsmisi əlavə edib ki, vergi sistemi yalnız dövlətin fiskal gəlirlərini təmin edən mexanizm deyil, eyni zamanda, iqtisadi inkişafı stimullaşdıran mühüm alətdir:
"Biz vergi sistemini müasir texnologiyalar, beynəlxalq təcrübə və dinamik yanaşmalar əsasında daha da təkmilləşdirmək üçün çalışırıq. Qarşıdakı dövrdə vergi siyasətinin ölkənin inkişafının dəstəklənməsində və sosial-iqtisadi rifahın artırılmasında rolu daha da gücləndiriləcək. Bu, xüsusilə uzunmüddətli perspektivdə strateji əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Nicat İmanov: "Azərbaycanda reinvestisiyaları təşviq edən vergi siyasəti alətləri tətbiq ediləcək"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













