Babək Hüseynov: "ACG-də 2 kilometrlik üfüqi quyunun qazılması böyük uğurdur"
Far.Az xəbər saytı

Babək Hüseynov: "ACG-də 2 kilometrlik üfüqi quyunun qazılması böyük uğurdur"


Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda uzunluğu təxminən 2 kilometr olan üfüqi quyunun qazılması mühüm texnoloji uğur hesab olunur.

Far.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, quyuda açıq qravitasiya çınqıl paketi (open gravel pack completion) texnologiyasının tətbiqi və üfüqi hissənin uzunluğunun təxminən 2 kilometrə çatdırılması mürəkkəb texniki prosesdir. Bu cür əməliyyatların idarə olunması xüsusi yanaşma və qabaqcıl texnologiyalar tələb edir.

Babək Hüseynov qeyd edib ki, bu məqsədlə BP ilə birgə fəaliyyət göstərilib və müvafiq texnologiyanın Azərbaycana gətirilərək yerli yataqda tətbiq olunması təklif edilib.

SOCAR rəsmisi AÇG-də təxminən 2 kilometrlik üfüqi quyunun qazılmasını yüksək texnoloji nailiyyət kimi dəyərləndirib.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Babək Hüseynov: "ACG-də 2 kilometrlik üfüqi quyunun qazılması böyük nailiyyətdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər