"Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görülüb
"Report" İnformasiya Agentliyi Firidun bəy Köçərli mükafatına layiq görülüb.
Far.Az xəbər verir ki, Azedu.az təhsil portalının təşkilatçılığı ilə martın 3-də Bakıda keçirilən təqdimat mərasimində mükafat "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevə təqdim olunub.
F.Hüseynəliyev təqdimat mərasimində çıxışı zamanı rəhbərlik etdiyi agentliyin təkcə təhsil sahəsində işıqlandırdığı xəbərlərlə deyil, həm də təsis etdiyi "Report Media Məktəbi" ilə də təhsil sahəsinə töhfə verdiyini vurğulayıb:
"Report Media Məktəbi"nin tələbələri hazırda "Report" İnformasiya Agentliyində, eləcə də digər media qurumlarında çalışırlar. Biz üç aya yaxın müddəti əhatə edən təlimlərdə çalışırıq ki, tələbələrə media sahəsində təhsil ötürə bilək və universitet həyatında öyrənilən nəzəri bilikləri praktika ilə əvəzləyək".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov müəllimlik peşəsinin cəmiyyət üçün rolundan danışıb:
"Müəllim ədaləti, əxlaqı və nəfsi yerində olan şəxsdir. Bu gün Firidun bəy Köçərli adına təsis olunmuş mükafatı aldıq. O, çox böyük şəxsiyyət və saydığım həmin xüsusiyyətləri layiqli şəkildə daşıyan müəllim olub".
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova Şuşada təhsilin yüksək səviyyədə tədris olunduğunu vurğulayıb və bildirib ki, təhsilin keyfiyyətinin daha da artması üçün yeni planlar, tədbirlər və addımlar gözlənilir.
Qeyd edək ki, Firidun bəy Köçərli mükafatının əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.
Bu mükafata layiq görülənlər arasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova da var.
Qalereya
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb













