Mixail Malkin: Gələcəkdə qızıl medal qazanacağımıza inanırıq
Far.Az xəbər saytı

Mixail Malkin: Gələcəkdə qızıl medal qazanacağımıza inanırıq


Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin zədə səbəbindən fərdi çıxışının istədiyi kimi alınmadığını bildirib.

"Report" xəbər verir ki, o bunu jurnalistlərə açıqlayıb.

İdmançı komanda yarışında bütün üzvlərin yaxşı çıxış etdiyini vurğulayıb. O, rəqiblərin güclü olduğunu qeyd edərək komandanın gələcək hədəflərindən də danışıb:

"Komanda şəklində dördümüz də özümüzü yaxşı göstərdik. Fərdi çıxışımda isə zədəmə görə istədiyim nəticəni göstərə bilmədim. Rəqiblərimiz çox güclü idi. Komandamız da güclüdür və inanırıq ki, gələcəkdə qızıl medal qazanacağıq".

Xatırladaq ki, idmançı Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edib.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb
Azərbaycan tamblinq üzrə Avropa çempionatında komanda hesabında gümüş medal qazanıb
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər