Marselo illər sonra Messi barədə etiraf etdi: Onu vurub yıxmaq istədim, amma…
Far.Az xəbər saytı

Marselo illər sonra Messi barədə etiraf etdi: Onu vurub yıxmaq istədim, amma…


"Real Madrid"in sabiq müdafiəçisi Marselo hazırda Amerikanın "İnter Mayami" klubunda çıxış edən "Barselona"nın sabiq hücumçusu Lionel Messi haqqında danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, Messinin keyfiyyətlərini yüksək qiymətləndirib.

"Mən Messini çox yüksək qiymətləndirirəm. O, inanılmazdır. Onu meydanda belə görmədim, çox sürətli idi. Mən onu vurmağa, kobudluq etməyə çalışdım... Amma o, çox sürətli olduğu üçün heç nə edə bilmədim", – Barca Times Marselonun sözlərindən sitat gətirib.        

Xatırladaq ki, Marselo 2007-ci ilin yanvarından 2022-ci ilin avqustuna kimi "Real Madrid"də çıxış edib. "Kral klubu"nda işlədiyi müddətdə braziliyalı 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 2022-ci ilin sentyabrında Marselo Yunanıstanın "Olimpiakos" klubuna keçib və karyerasını ötən ilin noyabrında braziliyanın "Fluminense" klubu ilə başa vurub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"İnter Mayami" və Messinin Peru komandası ilə yoldaşlıq görüşü üçün şərtləri müəyyənləşib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər