ABŞ və Ukrayna rəsmiləri gizli görüş keçirib
Far.Az xəbər saytı

ABŞ və Ukrayna rəsmiləri gizli görüş keçirib


ABŞ Prezidenti Donald Trampın nümayəndələri Ukrayna Prezidenti Vladimir Zelenski ilə gizli danışıqlar aparıblar.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş zamanı yüksək vəzifəli ABŞ rəsmiləri Vaşinqtonla münasibətlərin tez bir zamanda sabitləşdirilməsinin vacibliyini vurğulayıb və Kiyevi danışıqları bərpa etməyə çağırıblar.

Kanalın mənbələri bildiriblər ki, gizli danışıqlarda iştirak edən məmurlardan biri Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq olub.

4 martda ABŞ Ukraynaya hərbi yardımı dayandırıb. Bu qərar, 28 fevralda Ağ Evdə Tramp ilə Zelenski arasında baş verən gərgin görüşdən sonra qəbul edilib. Həmin görüş zamanı Tramp, Ukraynanın ABŞ-dən aldığı yardıma görə kifayət qədər minnətdarlıq nümayiş etdirmədiyini bildirib. O, qeyd edib ki, yardım yalnız Ukrayna liderləri səmimi şəkildə sülhə sadiq olduqlarını göstərdikdə bərpa ediləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər