Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir.
Qeyd olunur ki, ölkənin ümumi istixana qazı emissiyalarının təxminən 13 %-ni (2022-ci ilin yekunlarına görə 9,3 milyon ton CO₂ ekv.) təşkil edən nəqliyyat sahəsi mərhələli şəkildə dekarbonizasiyadan keçəcək.
Strategiyaya əsasən, daxili yanma mühərrikləri ilə təchiz edilmiş nəqliyyat vasitələrinin tədricən dövriyyədən çıxarılması nəzərdə tutulur. 2060-cı ilə qədər minik avtomobilləri və şəhər avtobusları kateqoriyasında elektromobillərin (EV) və ekoloji nəqliyyatın xüsusi çəkisi 100 % təşkil edəcək, yükdaşımalar sektorunda isə bu göstərici 75 %-ə çatacaq. Azərbaycanın bütün dəmir yolu şəbəkəsinin tam şəkildə elektrikləşdirilməsi planlaşdırılıb. Dəniz nəqliyyatı sahəsində metanolunn tam, aviasiya sahəsində isə dayanıqlı aviasiya yanacağının (SAF) mərhələli tətbiqi nəzərdə tutulur. Strategiya yük axınlarının avtomobil nəqliyyatından dəmir yolu magistrallarına genişmiqyaslı şəkildə yenidən paylanmasına yönəldilib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













