İranda cümə axşamı rəsmi istirahət günü olacaq
İran Parlamenti cümə günü ilə yanaşı, cümə axşamının da həftəsonu istirahət günü olmasına dair qanun layihəsini qəbul edib.
BAKU.WS xəbər verir ki, Mizan Xəbər Agentliyinin məlumatına görə, Konstitusiyanı Qoruma Şurası (KQŞ) daha əvvəl geri qaytardığı qanun layihəsini parlamentə yenidən təqdim edib. Yeni düzəlişlərə əsasən, istirahət günü şənbə deyil, cümə axşamı olacaq.
Qanun layihəsi parlamentdə təsdiqləndikdən sonra yenidən KQŞ-yə göndəriləcək.
Son aylarda İranda cümə günü ilə yanaşı, hansı günün rəsmi istirahət olacağı müzakirə mövzusu olub. 15 may 2024-cü ildə parlament cümə axşamının istirahət günü olmasını 75 lehinə, 132 əleyhinə səslə rədd edib və şənbə günü ilə bağlı təklifə səs verilib.
Şənbə gününün həftəlik istirahət gününə əlavə edilməsi 136 lehinə, 66 əleyhinə və 3 bitərəf səslə qəbul olunmuşdu. Lakin qanun layihəsi Konstitusiyanı Qoruma Şurasına təqdim edildikdən sonra yenidən baxılmaq üçün geri qaytarılmışdı.
Hazırda İranda cümə tam istirahət günü, cümə axşamı isə yarım iş günü hesab olunur. Bu vəziyyət beynəlxalq ticarət əlaqələrinə mane olduğu üçün tənqidlərə səbəb olurdu, çünki dünya üzrə həftəsonu istirahət günləri əsasən şənbə və bazar günlərinə təsadüf edir.
Bəzi mühafizəkarlar cümə axşamının dini və mədəni baxımdan daha uyğun olduğunu bildirsələr də, iş adamları beynəlxalq ticarətlə inteqrasiyanı asanlaşdırmaq üçün şənbənin istirahət günü olmasını istəyirdilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













