Naxçıvanda işləmək istəyənlərin NƏZƏRİNƏ! - VAKANT YERLƏR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üzrə vakant yerlər mövcuddur.
Nazirlikdən verilən məlumata görə, valideynlər 1-2 yaş qrupu üzrə, (2023- cü il təvəllüdlü) Naxçıvan şəhər 4 nömrəli və 11 nömrəli Körpələr evi uşaq bağçasını, 3-4 yas qrup üzrə, (2021– ci il təvəllüdlü) Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının hər birini, həmcinin 4-5 yaş qrupu üzrə (2020-ci il təvəllüdlü) isə Naxçıvan şəhər 1, 6 və 8 nömrəli uşaq bağçalarını seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər.
Həmçinin qeyd edilir ki, rayon təhsil şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.
Məlumat üçün bildirək ki, xəbərdə yerləşdirilən posterdə bağçalarda olan boş yerlər yaşıl rənglə göstərilib.
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il ərzində davam etdirilir. Valideynlər elektron portal üzərindən ilin sonunadək övladlarını növbəyə yazdıra bilərlər.
Cari tədris ilindən məktəbqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron portal vasitəsilə aparılır. 2024-2025-ci tədris ili üzrə isə 16 iyul tarixdən başlayaraq uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yarada bilirlər.
BAKU.WSOxşar xəbərlər
Naxçıvanda 20 məktəbəqədər təhsil müəssisəsində vakant yerlər mövcuddur
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər?
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü













