Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.
"Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!", – diplomat yazıb.
Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri ölkənin müdafiə siyasətinin müəyyən aspektləri üçün məsul olan yüksəkprofilli siyasi vəzifəli şəxsdir. O, Müdafiə Nazirliyinin tərkibində işləyir və müdafiə nazirlərinə dövlət strategiyalarının həyata keçirilməsində, habelə təhlükəsizlik və müdafiə sahəsində əsas qərarların qəbul edilməsində yardımçı olur.
Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşmüş, Azərbaycan – Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə etmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın fevral ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib













