UEFA ÇL: PSJ "Liverpul"u turnirdən kənarlaşdırdı
Far.Az xəbər saytı

UEFA ÇL: PSJ "Liverpul"u turnirdən kənarlaşdırdı


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

İlk oyun günündə 4 matç baş tutub.

"Barselona" evdə "Benfika"nı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayan ilk komanda olub.

Mərhələnin ən gərgin oyunu "Liverpul"la PSJ arasında olub. Qarşılaşmanın əsas hissəsi PSJ-nin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Lakin ilk oyun "Liverpul"un eyni hesablı qələbəsi ilə başa çatdığından komandalar 30 dəqiqəlik əlavə vaxtı oynamalı olublar. Ancaq əlavə vaxtda da qalib müəyyən edilmədiyindən matçın ən güclüsünü penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında PSJ qalib olub - 4:1.

"İnter" "Feyenoord"la mübarizədən qalib çıxıb – 2:1. "Bavariya" isə "Bayer 04"ün qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

11 mart

21:45. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) – 3:1.

İlk oyun - 1:0.

00:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) – 1:4 (penaltilər).

İlk oyun - 1:0.

00:00. "İnter" (İtaliya) - "Feyenoord" (Niderland) – 2:1.

İlk oyun - 2:0.

00:00. "Bayer 04" (Almaniya) - "Bavariya" (Almaniya) – 0:2.

İlk oyun - 0:3.

Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı bu gün keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər