Azərbaycanın G20-yə dəvəti dövlətin qlobal nüfuzun göstəricisidir – Rəy
Far.Az xəbər saytı

Azərbaycanın G20-yə dəvəti dövlətin qlobal nüfuzun göstəricisidir – Rəy


ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20 Sammitinə dəvət etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və geosiyasi çəkisinin mühüm göstəricisidir.

Bunu "Far.Az"a Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.

Onun fikrincə, bu dəvət bir daha təsdiqləyir ki, müasir dünyada dövlətin beynəlxalq mövqeyi yalnız ərazisinin böyüklüyü ilə deyil, onun siyasi iradəsi, diplomatik fəallığı, strateji əhəmiyyəti və qlobal proseslərə təsir imkanları ilə müəyyən olunur:

"Azərbaycan liderinin G20 Sammitinə dəvət alması ölkənin son illərdə həyata keçirdiyi çoxşaxəli və ardıcıl xarici siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurun arxasında Prezident İlham Əliyevin uzun illər ərzində apardığı məqsədyönlü diplomatik fəaliyyət, milli maraqlara əsaslanan praqmatik siyasət və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi dayanır".

Zaur Məmmədov
Politoloq qeyd edib ki, digər mühüm istiqamət Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik məsələlərində artan roludur.

Z. Məmmədov hesab edir ki, Azərbaycanın geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri də onun qlobal geoiqtisadi məsələlərdə tutduğu mövqe ilə bağlıdır:

"Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və regional bağlantı layihələrinin əsas təşəbbüskarlarından biridir. Enerji resursları, nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi Azərbaycanı qlobal iqtisadi münasibətlər sistemində əhəmiyyətli aktora çevirir".

Politoloq bəyan edib ki, Donald Tramp tərəfindən Prezident İlham Əliyevin G 20-ə dəvət olunması Azərbaycanın qlobal siyasi proseslərdə artan rolunun beynəlxalq səviyyədə qəbul edilməsidir:

"Nəticə etibarilə, Azərbaycanın mövqenin daha da möhkəmlənməsi üçün yeni diplomatik imkanlar yaradır".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər