Bu gün Cabir Novruzun doğum günüdür
Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür.
Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olub.
M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib.
1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz "Azərbaycan" ədəbi-bədii jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Onun poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi", Xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.
Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Xalq şairi 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat edib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













