"Haber Global" XII Qlobal Bakı Forumu barədə reportaj hazırlayıb
Türkiyənin "Haber Global" telekanalı XII Qlobal Bakı Forumu barədə reportaj hazırlayıb.
Far.Az xəbər verir ki, süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış nitqində səsləndirdiyi fikirlərə toxunulub.
"Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür", - Azərbaycan Prezidenti açılış nitqində söyləyib.
Bildirilib ki, Prezident İlham Əliyev, həmçinin İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan yeni geosiyasi reallıqlara da diqqət çəkib: "İlham Əliyev ABŞ-də fəaliyyət müddəti başa çatan Cozef Bayden administrasiyasını da tənqid edib, keçmiş dövlət katibi Antoni Blinkenin siyasətinin ikitərəfli münasibətlərin səviyyəsini sıfıra endirdiyini bildirib".
Qeyd edək ki, XII Qlobal Bakı Forumu fevralın 15-də başa çatacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Haber Global” Azərbaycan Prezidentinin COP29-un Liderlər Sammitindəki çıxışına dair süjet hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib













