Xronika: "Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Far.Az xəbər verir ki, "Arutyunyanın etirafları Paşinyanı çıxılmaz vəziyyətə saldı" adlı süjetdə hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan Ruben Vardanyanın ailəsinə ünvanladığı videomüraciətdən sonra Ermənistan ictimaiyyətində qızğın müzakirələrin aparılmasından bəhs olunub.
Bildirilib ki, R.Vardanyanın ailəsinə videomüraciəti onların hüquqlarının necə qorunduğunun real nümunəsidir: "Onun müraciətində səsləndirdiyi fikirlər də ittiham olunan ermənilərin ifadə azadlığına müdaxilə edilmədiyini göstərir. Təbii ki, İrəvanda revanşistlərin və erməni diasporunun məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı irəli sürdükləri uydurmalar o qədər də təəccüblü deyil. Çünki bu qüvvələr məhkəmə prosesindən həm hakimiyyətə qarşı istifadə edir, həm də maraqlarına uyğun olan "erməni birliyini" qorumağa çalışırlar".
Qeyd olunub ki, adıçəkilən şəxslərin Ermənistana qayıtması müxalifətin güclənməsi və hakimiyyətə qarşı mübarizənin kəskinləşməsinə zəmin yarada bilər: "Nikol Paşinyan əvvəllər iddia edirdi ki, məhkəmə qarşısına çıxarılan şəxslərə psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var. Paşinyanın bu iddiası həmin şəxslərin Bakıda məhkəmə qarşısında dilə gətirəcəkləri etiraflardan qaynaqlanır".
Diqqətə çatdırılıb ki, Azərbaycan torpaqlarının işğalı və Qarabağda hərbi cinayətləri birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyi törədib: "Lakin rəsmi İrəvan onilliklər boyunca bu həqiqəti gizlətməyə və "Qarabağ müstəqildir" iddiası ilə məsuliyyətdən qaçmağa çalışıb. Bakıda keçirilən məhkəmə prosesinin gedişatında digər həqiqətlər də ortaya çıxa bilər. Bütün bunlar Azərbaycana imkan verir ki, rəsmi Bakı danışıqlar masasında İrəvan qarşısında Zəngəzur dəhlizinin açılması, eləcə də Qərbi Azərbaycana qayıdış tələblərini sərtləşdirsin".
Sonda vurğulanıb ki, Ermənistan hakimiyyətinin məhkəmə prosesinə müdaxilə etmək və uydurma iddialarla prosesə kölgə salmaq cəhdləri də bundan qaynaqlanır: "Lakin nəticə dəyişməyəcək. Bakıda sirlər açılır və Ermənistan ətrafında çəmbər daralmaqdadır. Ermənistanın hərbi-siyasi rəhbərliyi hər şeyə görə cavab verməli olacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vardanyanın məhkəməsində şahid: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













