Azərbaycan Prezidenti: Biz Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti: Biz Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq


Ətrafda baş verən böhranlardan regionun qorunması vacib məsələdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.

O təəssüflə xatırladıb ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub:

"Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq".

Dövlət başçısı qeyd edib ki, o zaman SSRİ çərçivəsində müstəqil dövlətlər yox idi, hərə öz gələcəyini planlaşdırmaq iqtidarında deyildi:

"Böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər