"Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazların "Münxen konfransı" kimi təqdim edib
Türkiyənin "Haber Global" telekanalı martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumu ilə bağlı süjet hazırlayıb.
Tədbiri Qafqazların "Münxen konfransı" kimi təqdim edən telekanal süjetdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də xarici işlər naziri Ceyhun Bayramovun forumda çox önəmli mesajlar verdiyini diqqətə çatdırıb:
"Dünən XII Qlobal Bakı Forumunun ilk günü idi. Həm Prezident İlham Əliyevin verdiyi mesajlar, həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan- Azərbaycan arasında sülh sazişi barədə açıqlamaları diqqət çəkdi. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi üzrə razılaşma əldə olunmuşdu. Ceyhun Bayramov isə martın 13-də son iki maddə ilə bağlı da razılaşma əldə olunduğunu açıqladı".
Süjetdə həmçinin qeyd olunub ki, Azərbaycan Ermənistandan konstitutisiyasının yeniləməsini və ölkəsinə qarşı olan ərazi iddialarının əsas qanundan çıxarılmasını da gözləyir. Digər məsələ isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













