Xaricdə yaşayan şəxslərə sosial ödənişlərin proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır
Xarici dövlətlərdə məskunlaşmış şəxslərə ödənilən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin elektron formata keçirilməsi istiqamətində müzakirələr aparılır.
"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində təşkil olunan "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada bildirib.
Onun fikrincə, əmək münasibətlərinin şəffaf əsaslarla qurulması həmin işçilərin gələcək sosial təminatının, xüsusilə pensiya hüquqlarının müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır:
"Eyni zamanda, işçilərin gündəlik əmək fəaliyyəti dövründə üzləşdikləri müxtəlif risklərlə əlaqədar müvafiq sosial ödəniş növləri də mövcuddur. Bu kontekstdə, dövlət-biznes əməkdaşlığı çərçivəsində şəffaf və rəsmi məşğulluğun təmin olunması yalnız gələcək sosial təminata deyil, həmçinin hazırda fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin müəyyən hissəsinin səmərəli işləməsinə xidmət edir".
Zəka Mirzəyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi xidmətlərin 78-i artıq elektron qaydaya keçirilib:
"Qalan digər xidmət isə beynəlxalq sazişlər əsasında DSMF tərəfindən xarici ölkələrdə yaşayan vətəndaşlara ödənilən pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlıdır. Bu ödənişlərin rəqəmsallaşdırılması və proaktiv formada icra edilməsi üçün, şübhəsiz ki, qarşı tərəfin, yəni digər dövlətin uyğun elektron sistemlərinin inteqrasiyası imkanları mövcud olmalıdır. Lakin bu, hələ ki mümkün deyil. Bu məsələ üzərində işlərimizi davam etdiririk".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













