Qırğızıstan XİN: Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər
Far.Az xəbər saytı

Qırğızıstan XİN: Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər


Qırğızıstan Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.

BAKU.WS xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in məlumatında deyilir.

"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.

Qeyd olunub ki, Qırğızıstan tərəfi sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir, bu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə olmalıdır.

"Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulmasının tərəfdarıdır və bu baxımdan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - məlumatda vurğulanıb.//Report.az

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər