Börnhem: Aİ ilə yeni saziş Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq gəlir gətirəcək
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkə iqtisadiyyatına zərər vurub, artım templərinin azalmasına və biznes xərclərinin artmasına səbəb olub.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Endi Börnhem Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz qeyri-müəyyənlik, fikir ayrılıqları, aşağı iqtisadi artım və qiymət artımı ilə dolu bir onillik yaşadıq. İnsanlar Brexit-in gətirdiyi şərtlərdən daha sərfəli şərtlər əldə etmək istəyirlər. Bu gün isə biz birlikdə həmin daha əlverişli şərtləri təmin etdik", - Bernem deyib.
Onun sözlərinə görə, Aİ ilə yeni saziş "Brexit"in iqtisadi nəticələrini qismən aradan qaldırmağa və Britaniya iqtisadiyyatına əlavə təkan verməyə imkan yaradacaq.
"Böyük Britaniya Xəzinədarlığı bu gün təsdiqləyib ki, əldə olunan razılaşma ölkənin ÜDM-nə 0,5 % qədər əlavə artım gətirəcək. Bu, Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq verəcək. Bu, hazırkı parlament müddəti çərçivəsində qəbul edə biləcəyimiz iqtisadi artımın stimullaşdırılması üzrə ən böyük tədbirdir", - baş nazir bildirib.
Börnhem qeyd edib ki, razılaşmalar Britaniya şirkətlərinin ixrac xərclərini ixtisar etməyə, bürokratik maneələri azaltmağa və ən böyük bazarla ticarət əlaqələrini bərpa etməyə imkan verəcək.
Xüsusilə, o, Britaniyanın Aİ-yə kənd təsərrüfatı ixracının əhəmiyyətli dərəcədə azalmasına diqqət çəkib: Böyük Britaniyanın Milli Fermerlər İttifaqının məlumatına görə, son onillikdə onun həcmi 30 %-dən çox azalıb.
"Biz bu tendensiyanı dəyişə bilərik və biz bunu edəcəyik", - Börnhem vurğulayıb.
Baş nazir həmçinin bildirib ki, saziş britaniyalı istehlakçılar üçün ərzağın qiymətini azaltmağa kömək edəcək. O, nümunə kimi, hazırda 1,4 min funt sterlinqə çata bilən bir partiya qızılbalığın ixrac xərclərini göstərib.
Bundan əlavə, onun sözlərinə görə, Böyük Britaniya və Aİ-nin emissiya ticarəti sistemləri arasında əlaqənin bərpası elektrik enerjisinin dəyərinin azaldılması və sənayenin dəstəklənməsi üçün imkanlar açır.
Börnhem bildirib ki, razılaşmaların, o cümlədən sanitariya və fitosanitariya normaları və emissiya ticarəti sahəsində sazişlərin həyata keçirilməsi haqqında qanun layihəsi gələn həftə Britaniya parlamentinə təqdim ediləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Brexit-in 10 illiyi: Böyük Britaniyanın uğuru, problemlər - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













