Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Far.Az xəbər saytı

Türkiyə və ABŞ prezidentləri telefonla danışıb


Türkiyə və ABŞ prezidentləri arasında telefon söhbəti keçirilib.

Far.Az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Donald Tramp qarşılıqlı əlaqələrin, həm regional, həm də qlobal məsələlərin həllinə dair fikirlərini müzakirə ediblər.

Ərdoğan bildirib ki, Türkiyə ilə ABŞ iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlıqlarını daha da inkişaf etdirəcək və bu istiqamətdə ciddi addımlar atılacaq. O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı münaqişəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları yüksək qiymətləndirdiyini, Türkiyənin isə müharibənin başlanğıcından bəri ədalətli və davamlı sülh üçün çalışdığını vurğulayıb.

Bundan əlavə, Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşmanın təmin olunması üçün sanksiyaların ləğv edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. Bu tədbirlərin suriyalıların öz vətənlərinə qayıtması üçün şərait yaradacağını ifadə edib.

Türkiyə Prezidenti həmçinin ABŞ-dən terrorla mübarizə mövzusunda yeni dövrdə daha konkret addımların atılmasını gözlədiyini və iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarının ləğv edilməsi, F-16 təchizatı prosesinin yekunlaşdırılması və Türkiyənin F-35 proqramında yenidən iştirakının təmin olunmasının zəruriliyini vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər