"Spartak"ın futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib
Rusiyanın "Spartak" klubunun keçmiş futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib.
Far.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Məlumata görə, Promes bu qərarı BƏƏ-dən çıxa bilmədiyi üçün "Spartak"ın onunla müqaviləni yeniləməməsindən sonra verib.
Futbolçunun ətrafındakı şəxslər bildiriblər ki, o, cinayət işləri səbəbindən həyatının mənfi istiqamətə yönəldiyini düşünərək hər şeyi dəyişmək istəyib.
Promes məscidə gedərək iman kəlməsini (şəhadət) oxuyub. Bunu şahidlərin qarşısında etdiyindən onun müsəlman olduğu qəbul edilib.
Promesin "Spartak" ilə müqaviləsi 30 iyun 2024-cü ildə başa çatıb və klub onunla yeni razılaşma imzalamayıb. 5 sentyabrda isə futbolçu rəsmi olaraq BƏƏ-nin ikinci liqasında çıxış edən "Dubai United" klubunun oyunçusu olub.
14 fevral 2024-cü ildə Amsterdam Məhkəməsi Promesi kokain qaçaqmalçılığı işi üzrə altı il həbs cəzasına məhkum edib. 24 yanvarda keçirilən məhkəmə iclasında prokurorluq ona doqquz il həbs cəzası tələb edib. 16 fevralda isə Promes beynəlxalq axtarışa verilib. Bundan əlavə, o, ailə şənliyi zamanı əmisi oğlunu bıçaqladığı üçün 1,5 il həbs cəzası alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Fransada insanlıq əleyhinə növbəti qanun - islamofobiya fonunda əbayəyə qadağa qoyulur - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













